"Milli Məclisin keçmiş sədri, hazırda deputat mandatı daşıyan Oqtay Əsədovun indiyədək xeyli mülkü ortaya çıxıb. Amma bu hamısı deyil. Onun Şüvəlanda da 2 hektardan artıq ərazidə belə bir villası var".
Bunu araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, villanın ərazisində xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən quraşdırılmış biri açıq, digəri qapalı olan 2 tennis kortu (Əsədov özü Tennis Federasiyasının prezidentidir), futbol meydançası var.
Hazırda O.Əsədov son 20 ildir ki, Binəqədi royonun Xocasən qəsəbəsindəki möhtəşəm villasında yaşayır.
