Ağdam rayonundan olan məcburi kökçün Ağayev Elxan Yusif oğlu Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənovun qanunsuz hərəkətlərindən Prezidentə, 1-ci vitse-prezidentə və Baş prokuror Kamran Əliyevə ünvanladığı şikayətdə göstəriri ki, o uzun müddətdir ki,bir fermer olaraq rayonda heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsal edib xarici bazarlara çıxarıb satmaqla məşğul olub. Bu arada ona məxsus olan və 2003-cü ildən istifadəsində olduğu subartezyan quyusunu məcburən, hədə-qorxuilə İcara başçısı Vaqif Həsənov ondan alaraq kəndlisi və yaxın qohumu olan Hətəmov Baxşeyişə vermişdir. Bir müddət sonra İcra başçısı özünün doğma qardaşı Namiq Həsənov vasitəsilə Elxan Ağayaevə xəbər göndərmişdir ki, 5000 manat pulu subartezyanın qaytarılması üçün və qohumu Hətəmov Baxşeyişə məxsus olan 32 ha torpaq sahəsini satın alması üçün əlavə 21000 manat pul versin. E.Ağayev əvvəlcə subartezyan quyusunun geri qaytarılması üçün ondan tələb olunan 5000 manat rüşvəti tapıb başçının qardaşı N.Həsənova versə də, sonra 32 ha torpağa görə də məcburi istənilən 21000 manat pulu hissə - hissə ödəmişdir. Lakin Vaqif Həsənov nə subeartezyan quyusunu qaytarmış, nə də vəd verilən torpağın sənədləşmə işlərini icra etməmişdir. Və nəticədə, fermerin 10 ha ərazidə əkdiyi soğan məhsulu susuzluqdn tamamilə məhv olmuşdur. Bundan əsabləşən məcburi kökçün E.Ağayaev şikayət edəcəyini bildirən kimi, icra başçısı V.Həsənov ondan aldığı cəmi 25000 manat rüşvəti tamamilə ona qaytarmışdır. Ona görə də, E.Ağayev portalımız vasitəsilə yuxarı instansiyalara şikayət edərək ona icra başçısı Vaqif Həsənov tərəfindən dəymiş 50000 manat maddi ziyanın ödənilməsini tələb edir.
P.S. Verilən şikayətdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
İFADƏ CƏFƏRZADƏ
