“Azərbaycan ordusu yalnız dronları və müasir nöqtəvi atəş silahları ilə deyil, həm də kəşfiyyatı, güclü arxa xətləri və bir çox üstünlükləri seçilir ki, bunlar erməni tərəfində yoxdur”
NATO-nun Türkiyədəki Antitterror Mərkəzinin keçmiş komandanı Harri Tabax Ermənistanın Baş naziri Nikol Paşinyanı hərbçilərini qırğına verməməyə çağırıb. Tabah deyib: “Ermənistan qeyri-bərabər döyüşə girişib. Azərbaycanın daha çox hərbi qüvvəsi və müttəfiqi var. Komandirlərini əsgərlərinizin qaçılmaz ölümünün axmaqlıq olduğunu anlamalıdırlar. Sizi ordunuzun məhv edilməsini dayandırmağa çağırıram”.
Tabax deyib: “Azərbaycan ordusu yalnız dronları və müasir nöqtəvi atəş silahları ilə deyil, həm də kəşfiyyatı, güclü arxa xətləri və bir çox üstünlükləri seçilir ki, bunlar erməni tərəfində yoxdur”.
“İndi aşkar görünür ki, Qarabağdakı ermənilər – bəlkə də öz səhvləri üzündən – Azərbaycanın daxilində yad cismə çevriliblər. Dağlıq Qarabağı dünyada heç kim tanımır. Ermənilər tarixin yanlış tərəfindədirlər. Ermənistanın başçısı Nikol Paşinyanı öz ordusunun məhv edilməsini dayandırmağa çağırıram. Erməni komandirlər əsgərlərinin həyatını məhv olmaqdan xilas eləməlidirlər. Əsgərlərinin qaçılmaz ölümünün axmaqlıq olduğunu anlamalıdırlar”.
