Bildirək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu 25 avqust 2019-cu ildə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat almışdı.
Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışmışdır.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifəsində 2020-ci ilin sentyabrınadək Şuşa şəhər İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun oğlu Natiq Səfərov olmuşdur. Bu təyinatlardan belə anlaşılır ki, DİN-də aparılan kadr islahatları hələlik icra başçılarının oğullarının vəzifə təyinatları ilə davam edir.
Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.
Arzu edək ki, qarşıda gələn 2021-ci ildə DİN-də aparılan növbəti kadr islahatları zamanı Vətən Müharibəsində Bayaram Səfərovun dədə-baba yurdunu azad etmiş kasıb ataların oğulları da vəzifələrə təyinat alacaqlar
İfadetv.com
