İfadetv.com-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata əsasən Abşeron rayonun Xırdalan şəhəri, U.Zeynalov küçəsində ( Misir parkının yaxınlığında) yerləşən “İncilər” uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi bildirilmişdir. İndiki pandemiya dövründə belə bir qanusuzluğa yol verilə biləcəyini inanmadığımız halda, qeyd edilən ünvana gedib baxış keçirmək qərarına gəldik. Qapıda bizi qarşılayan gənc xanım bildirdi ki, bağçanın fəaliyyəti üçün sənədləri təqdim etmişik, 1 həftəyə təsdiq edib verəcəklər. Təbii sual yaranır ki, niyə o zaman lisenziya olmadan bağça 1 aydır fəaliyyət göstərir? Bizimlə danışan xanım qeyd etdi ki, əslində bu bağça onun xalası Sevinc müəllimə tərəfindən fəaliyyət göstərir və o müvəqqəti olaraq baçğaya rəhbərlik edir.
Göründüyü kimi, İfadetv.com-a daxil olan məlumat öz təsdiqini tapdığı üçün hesab edirik ki, Təhsil Nazirliyi indiki ağır vəziyyətdə balacaların taleyilə oynayan işbazların fəaliyyətinin araşdırılmasına göstəriş verəcək və tezliklə qanunamüvafiq ölçü götürüləcəkdir.
P.S. Yazı çapa getdikdən sonra baça müdirəsi bizimlə əlaqə saxlayaraq lisenziyanın olmamasına aydınlıq gətirmişdir ki, axı mənə hardan olsun İqtisadiyyat Nazirliyindən, Təhsil Nazirliyindən istənilən 30000 manat pul ki, mən razılıq ala bilim. Onda mən o pulu nə vaxta çıxara bilərəm? Sərf etmir axı.
İfadə Cəfərzadə
İfadetv.com
