Xəbər verildiyi kimi iyunun 2-də, saat 15-00-da Şəki rayonun Cumakənd sakinləri hamılıqla yerli Dövlət Yol Polisinin özbaşnalığına etiraz əlaməti olaraq Xaldan –Zaqatala şosse yolununun Cumakənd ərazisindən keçən hissəsini bağlamşlar. Hadisə yerinə DYP-nin magistral yollar üzrə komandiri. Polis mayoru yusif etirazçıları sakitləşdirməyə və avtomobillərin gedişinə maneçilk törətməmək üçün dağılışmağa dəvət etmişdir. Sakinlər DYP-nin Şəki rayonu üzrə rəisi cənab Uluxanovu və Şəki Rayon polis şöbəsinin rəisi cənab Muradovun da hadisə yerinə gəlib izahat verməsini tələb etmişlər. Etirazın əsas səbəbi kimi sakinlər bildirmişlər ki, 836 N-li magistral yollar üzrə DYP-nin xidməti avtomobili ( Namq adlı yol polisi) kənd təsərrüfatı sahələrinə gedən hər bir avtomobildən “haqq” tələb edirlər. Sakinlər bildirilər ki, Şəki DYP işçilərini “yola salıblar”. İndi də magistral yollar üzrə 836 nömrəli DYP avtomobili dirənib ki, bəs bizi də görməlisiniz, yoxsa trassa çıxmayın. Ona görə də yerli sakinlər təsərrüfat işlərinin indiki ağır vaxtında bilmirlər benzin alıb təsərrüfatla məşğul olsunlar,yoxsa DYP işçilərini “yola salsınlar”
Məlumatlı mənbə videomaterialı göndərib lkin etik qaydalara riayət edilmədiyindən hələlik onun bbir hissəsini təqdim edirik. Hadisələrin sonrakı inkişafı barədə məlumatlar veriləcəkdir.
İFADETV
