Bir neçə gündür sosial şəbəkələrdə və bir sıra xəbər portallarında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun evində gizli qəbullar keçirməsi idiası ilə bağlı xəbərlər yayılır. Yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub.
Manşet.az ölkə ictimaətində ciddi rezonans doğuran bu vacib məsələ ilə bağlı keçmiş baş qərargah rəisi ilə əlaqə saxlayıb.
Nəcməddin Sadıkov sayta açıqlamsında yayılan xəbərlərin yalan olduğunu bildirib: “Bu iddilar yalandır, cəfəngiyatdır. Belə xəbərlər hardandı? Sadəcə gülməlidir. Təbii ki, belə şeylər ola bilməz.”
P.S. Təbii ki, N.Sdıqov düz deyir. 27 il yüksək hərbi vəzifə daşıyan bir generalın nəyinə lazımdır ki, XX əsrdə olduğu kimi gizli görüşlər keçirsin. Bunun üçün onun kifayət qədər ən müasir peyk avadanlıqlarına sahibdir ki, o istənilən şəxslə, istənilən anda xüsusi peyk kanalı vasitəsilə əlaqə saxlaya və görüşə bilər. Onun müasir cihazlarla əlaqəsini aşkar etmək və dinləmək qeyri=mükündür. Çünki bu adam Kremlin nəzarətindədir.
