Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin rəsmən sülhməramlı missiyalı Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyan Xankəndindən Ağdərəyə gedən yolun təmir edilib asfaltlanması haqda göstəriş verib.
Moderator.az xəbər verir ki, bu barədə erməni mediasına separatçı rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyan məlumat çatdırıb.
Onun sözlərinə görə, layihələndirmə işləri iyunda başlanıb, indi isə yolun 27 km-lik hissəsinin tikintisinə və asfaltlanmasına start verilib.
Qeyd edək ki, ermənilər 1993-cü ilin yayından 2020-ci ilin noyabrın 20-dək Ağdərəyə getmək üçün əsasən Ağdam şəhərindən və həmin rayonun Sırxavənd kəndindən keçən yoldan istifadə ediblər. Odur ki, indi Xocalı, Ağdam və Tərtər rayonu ərazilərindən keçən Xankəndi-Ballıca-Almalı-Ulubaba-Sırxavənd-Canyataq-Ağdərə yolundan istifadə etməyə məcburdurlar. Hazırda Ağdamın Sırxavənd, Tərtərin Canyataq və s. kəndləri Rusiya hərbçilərinin nəzarətində qaldığından, yəqin ki, söhbət Sırxavənd kəndinədək olan yolun bərpasından gedir. Görünür, ermənilər rus sülhməramlılarının Dağlıq Qarabağda əbədi qalacağına zəmanət aldıqdan sonra bu layihənin həyata keçirilməsinə start veriblər. Yoxsa ki, müharibədən uduzub çıxan, iqtisadiyyatı dağılan Ermənistana nə gəlmişdi ki, belə arxayınçılıqla Qarabağda yol çəkilişinə başlayıblar. Amma ermənilər unutmasınlar ki, Paşinyanın Kəlbəcərə çəkdiyi yüksək keyfiyyətli yolu da bu regionun Ermənistana əbədi verilməsi və şimal qonşularının söz verdiyi əbədi təminatından sonra, 2019-cu ildə çəkilmişdi. Və maraqlı burasıdır ki, bizim tankçıların verdikləri məlumatlarda xüsusi qeyd edilir ki, 60 və 80 tonluq tanklarımız Paşinyanın asfaltının üzərindən necə gəldi hərəkət etmələrinə baxmayaraq Kəlbəcər yolunda bir kiçik hissə də hər hənsı deformasiya etmir. Görünür, ermənilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ölkə daxilində gördüyü keyfiyyətsiz işlərdən fərqli olaraq AAYDA-nın erməni həmkarları heç bir oğurluğa, talançılığa, israfçılığa yol vermədən daha yüksək keyfiyyətlə asfalt yolları dünya standartlarına uyğun inşa edirlər. Heyf ki, Paşinyanın Cəbrayıla yol çəkməsi planı müharibənin başlanması nəticəsində "suya düşdü". Yoxsa ki, biz bu yoldan rahatlıqla istifadə edərək Şuşaya ən azı 100 il elə bir təmirə ehtiyaı olmadan gedib gələ bilərdik.
Burada xatırlatmaq yerinə düşərdi ki, Azərbayacan yol çəkilişinin keyfiyyətinə görə Dünya dövlətləri arasında 27 -ci yerdə qərarlaşırsa, Ermənistan bizdən xeyli aşağıda yer tutmasına baxmayaraq ölkəmizdə çəkilən yolların ömrü 3-4 ildən artıq olmur. Kənd və qəsəbə yollarının isə demək olar ki, hamısı 1 qar asfaltdan, ən yaxşı halda isə, bəzi yerlərdə 2 qat asfaltdan ibarət olur. Hətta magistral yollarda belə 3 qat asfalt əvəzinə, oğurluq nəticəsində 2 qat asfalt vurmaqla rəsmi açılış mərasimlərində dövlət başçısının gözünün içinə baxa baxa utanmadan yalan məlumatlar verirlər Sanki belə də olmalı imiş. Bundan artıq rəzillik ola bilərmi? Əsla! Məsələn, Bakı-Ələt , Bərdə-Yevlax, Şəki-Qax, Bakı-Şamaxı yollarında hazırda baş verən və verməkdə davam edən deformasiyalar, çökmələr, çatlar, çuxurlar bunu deməyə əsas verir ki, yol çəkməyi Paşinyandan öyrənmək lazımdır. Baxmayaraq ki, biz bu magistral yollarda baş verən və verməkdə davam edən irihəcmli korrupsiya faktları barəsində dəfələrlə araşdırma yazılarını oxucularımıza və hüquq-mühafizə orqanlarımıza təqdim etmişik. Doğrudur, Azərbaycanda yolların keyfiyyətsiz olmasının digər səbəblərindən biri də AAYDA Aparatında ixtisasça peşəkar yol işçilərinin barmaqla sayılası qədər həddən artıq az olmasıdır ki, qeyri-ixtisas sahiblərindən də bundan artıq nəsə gözləməyə dəyməz. Ona görə də nəticədə Azərbaycanda ən çox kredit borcu olan dövlət idarələrindən ən birincisi AAYDA hesab olunur. Dünya Bankı və Asiya İnkişaf Bankının yollarımızın layihələndirilməsi üçün çox səxavətlə ayırdığı və dövlətin öhdəsində qalan kredit borcunun həcmi hazırda 3.5 mild. dollara yaxındır. Belə olan halda digər ziyanla işləyən və İnvestiyiya Holdinqin tərkibinə daxil olan dövlət idarə və müəssisələri kimi niyə AAYDA bu qurumun tərkibinə daxil edilmir? Gözləyirik ki, az qala Ermənistanın illik dövlət büdcəsi qədər Azərbaycanı borca salan AAYDA kimi bir ASC-nin qeyri-şəfaffaf fəaliyyəti davam etsin və bu rəqəm posmüharibə dövründə 10 mlrd.-a çatsın? Bizcə artıq yetər. İnanırıq ki, prezident cənab İlham Əliyevin tapşırığı əsasında AAYDA-nın son 10 illik maliyyə fəaliyyətinin yoxlanmasına və bu dövlət strukturunun həyata keçirdiyi layihələrin hamısına müstəqil ekspert lər səviyyəsində rəylər veriləcəkdir. Çünki beynlxalq kreditor təşkilatlara qalsa, onların vecinə də deyil ki, Azərbaycanda yolların çəkilişi son dərəcə keyfiyyətsiz icra edilir. Onlar maraqlıdır ki, necə istəyir olsun, dövlətimizin neftdən-qazdan gələn gəliri hesabına verdikləri kreditlər tamam ödəniləcək.
İFADETV-nin araşdırma qrupu