Sehrbaz "Harri Potter" və "Hörümçək adam" haqqında filmlərin prodüserləri Devid Heyman və Emi Paskal Britaniya kəşfiyyatının agenti Ceyms Bondun obrazını yenidən yaradacaqlar.
Bu, Bond haqqında filmlərin əvvəlki prodüserlərinin franşizaya yaradıcı nəzarəti “Amazon MGM Studios”a ötürməsindən sonra mümkün olub.
Heyman və Paskalın birgə bəyanatına əsasən, onlar “Agent 007”ni kino tarixinin ən ikonik personajlarından biri adlandırıblar və "Bondun ruhunu qoruyacaqları"na əmin ediblər.
Filmin çıxış tarixi, kəşfiyyat agenti roluna namizəd və digər detallar barədə məlumat verilməyib.