Vahabzadə Bakıda heç kimdir və onun dediklərinin hakimiyyətə heç bir dəxli yoxdur ”.
Ovqat.com xəbər verir ki, bunu Azərbaycan MM-ın deputatı Rasim Musabəyov “VZGLYAD” qəzetinə açıqlamasında bildirib.
İndiyədək Jirinovski kimi rus deputatlarının Azərbaycan xalqına qarşı təhqiramiz fikirlərinə cınqırını çıxarmayan Musabəyovun eyni üslubla əks tərəfə cavab verən İsfəndiyar Vahabzadənin bizim də təqdir etmədiyimiz fikirlərinə özü də rus mediasında dərhal münasibət bildirməsi başadüşülən deyil. Rasim Musabəyov deyəsən unudur ki, nə Bakı onun babasının bir zamanlar idarə etdiyi həmin şəhərdir və nə də paytaxtımızda kimin daha qiymətli olduğunu hansısa seçki dairəsindən saxta yolla “seçilən” deputatı müəyyənləşdirir. Üstəlik, saxta deputatlar nəinki dövlət, hətta öz olmayan seçiciləri adından da danışmaq hüququna malik deyillər. Ən azından mənən.
Bütün bu həqiqətləri unudan Rasim Musabəyov isə rus yiyələrinin gözünə daha artıq girməyə çalışaraq İsfəndiyar Vahabzadəni “mudak” adlandırır.
P.S. R. Musabəyovdan fərqli olaraq biz də belə hesab edirik ki, Vahabzadə tərəfindən Jirinovskiyə və onun siyasi sahiblərinə verilən cavab yerində və düzgün reaksiyadır və musabəyovlardan fərqli olaraq xalqımızı təhqir edən istənilən siyasi fahişləri və onları müdafiə edən yaramazları biz də layiqincə təhqir etməliyik ki, qarşılarındakıların kim olduqlarını ən azından dərk etsinlər.
