BİR GÜNDƏ 450 NƏFƏR KƏND SAKİNİ KORONAYA YOLUXDU
Şəki rayonun Cumakənd kəndindən aldığımız məlumatda bildirilir ki, kənd orta məktəb direktorunun övladının toy mərasimindən sonra kənddə koronaya yoluxanların sayı kəskin artıb. Belə ki, təkcə sentyabrın 4-də 450 nəfər kənd sakini bu yoluxucu xəstəliyə tutulmuşdur. Bakıdan qonaq kimi gələn bir nəfər gəlinin vəfat etdiyi bildirilir. Kənd camaatını ən çox təəccübləndirən bu olmuşdur ki, onların demək olar ki,hamısı 2-ci doza vaksin olmunmuşlar. Hazırda kəndə giriş və çıxış qadağan edilmişdir. Qonşu kəndlərdən toya dəvət almış vətəndaşların vəziyyəti barədə hələlik bir məlumat yoxdur.
İfadetv.com
