Məhkəmədə bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran vicdansız hakim Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsinə uyğun cəzalandırılır.
E-huquq.az xəbər verir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran hakim beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
