
Qubanın icra başçısı Zirəddin Əliyevin bacısı oğlunun idarəsində faciə baş verdi
Adının gizli saxlanmasın istəyən mənbəmiz yanvarın 26-da İFADETV.COM-a göndərdiyi videoda faciıvi hadisənin baş verməsi təsvir olunub. Mənbə bildirmişdir ki,hadisə Quba rayonunda fəaliyyət göstərərn AAYDA ASC-nin 14 SAYLı Yolla İdarısində iş vaxtı baş vermişdir. Belə ki, idarənin işçisi Mövlüdov Cəmşid Mehti oğlu səhlənkarlıq ucbatından yük avtomobilin altında qalaraqfaciəvi surətdə həlak olmuşdur. Məslə ilə bağlı redaksiyamız videoda görüntülənən faciəli hadisə ilə bağlı AAYDA tərəfindən hansı qanuni tədbirlərin görülməsi barədə sorğumuza çox təəssüflər olsun ki, heç bir cavab verilməmişdir. Məslənin motivini araşdırarkən məlum olmuşdur ki, Quba rayonunun hazırkı icra başçısı cənab Zirəddin Əliyev vaxtilə "Azəryol" ASN-nin yüksək vəzifəli kadrı olmuşdur. Hazırda da Binəqdi rayonunda fəaliyyət göstərən 14 saylı "Xüsusi Təyinatlı Yollar İdarəsi" MMC-nə məhz onun bacısı oğlu olan Azad müəllimin qeyri-rəsmi rəhbərlik etdiyi bildirilir. Yəni, bu idarənin də yönəticisi cənab Z. Əliyevdir. Cənab icra başçısısnın nəinki Azərbaycanda, hətta Ukrayna da da çoxsaylı zavod və obyektlərinin olduğu bildirilir. O hazırda da AAYDA sədri cənab Saleh Məmmədovla sıx əməkdaşlıq etməkdədir. Lakin baş vermiş cinayət işilə bağlı cənab Z.Əliyev hələlik nədənsə ərazi üzrə Binəqədi rayon Prokurorluğunda ölüm faktı üzrə cinayət işinin açılmasını əngəlləyir.
Bəs görəsən belə olan halda iş yerində həlak olmuş şəxsin həyat sığortası üzrə ödənişi kim mərhumun ailəsinə verəcək?
Bizi izləyin...
İfadetv.com -un araşdırma qrupu