“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, YAP-ın Yasamal rayon təşkilatının keçmiş sədri Tağı Əhmədovun başına yenə iş gəlib.
Bu dəfə sözün əsl mənasında, çünki onun səhhətində ciddi problem yaranıb. Saytlar yazıblar ki, Tağı Əhəmədov hərəkət qabiliyyətini itirib, yeriyə bilmir və özünə məxsus olan “Ömür” adlı klinikaya yerləşdirilib.
Adı indiyədək başqa qalmaqallarda tez-tez hallanan Tağı Əhmədovun səhhətində yaranmış problem əlbəttə, şəxsi məsələdir və ictimailəşdirilməyə bilərdi. Amma onun özü də səhhətində yaranmış problemdən və dünya səhiyyəsinin bu xəstəliyin qarşısında necə aciz qalmasından danışıb, səhhətinin çox pis olduğunu deyib.
"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)" Xaricdən Bakıya yeni qayıtmışam. Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”,-T.Əhmədov qaynarinfo.az saytına gileylənib.
