Borrell Avropa İttifaqının Ukraynadakı münaqişəni güc yolu ilə həll etmək istəyini təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Josep Borrell Ukraynadakı münaqişənin "döyüş meydanında" həllinin zəruriliyi ilə bağlı bəyanatını bir daha təsdiqləyib. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında deyilir.
“Bəli, adətən müharibələr döyüş meydanında qalib gəlir və ya uduzulur”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Borrell twitter səhifəsində yazıb ki, “Ukraynada müharibəni döyüş meydanında qazanmaq lazımdır”. O, öz postunda Ukraynaya silah tədarükü üçün əvvəllər ayrılmış 500 milyon avronu da xatırladıb.
Rusiya Avropa diplomatiyası rəhbərinin bəyanatına sərt cavab verib. Belə ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Borreli istefaya çağırıb və Federasiya, Şurası Avropa Birliyində siyasi hakimiyyətin dərin böhranını elan edib. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin iqtisadi təşkilatdan NATO-nun iqtisadi əlaqələr departamentinə çevrildiyi qənaətinə gəldiyini bildirib.
Cavad Salmanli
