Rusiya 100 il ərzində ilk dəfədir ki, xarici borc üzrə faktiki olaraq defolt elan edib
Rusiya xarici borcunu maliyyə cəhətdən deyil, Qərb tərəfindən Mərkəzi Bankın vəsaitlərinin dondurulması səbəbindən ödəyə bilmir
Rusiya faktiki olaraq xarici borcun ödənilməsi üzrə defolt elan edib.
Moderator.az xəbər verir ki, bu barədə Standard & Poor's reytinq agentliyi Moskvanın lazım olan vəsaitlərin dollar əvəzinə rubbla ödənilməsi təklifini şərh edərkən bəyan edib.
Agentliyin məlumatlarına görə, Moskva aprelin 4- də ödəniş müddəti bitən dollar nominasiyalı iki istiqrazın rubbla ödənilməsinə cəhd edib.
Agentlik bunu "seçim defoltu" adlandırıb, bu termin bütün borc üzrə deyil, konkret öhdəliklərin icra edilməməsi zamanı istifadə edilir.
Qərb KİV- ləri qeyd edib ki, son 100 ildə bu, Rusiyanın tam valyuta defoltudur. Əvvəlki defolt Vladimir Lenin hökuməti tərəfindən çarın nazirlər kabinetinin xarici borclar üzrə ödənişlərindən imtina edərək elan edilib.
Ötən həftə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "seçim defoltu"nun mümkünlüyünü şəhr edərək bəyan edib ki, bu, "yalnız texniki defolt ola bilər". Onun sözlərinə görə, "belə defolt üçün obyektiv səbəblər yoxdur", çünki Moskva, guya, borc öhdəliklərinin icrası üçün zəruri potensiala malikdir.
"Biz investorların rubbla olan ödənişləri əvvəllər nəzərdə tutulan ödənişlərin ölcülərinə ekvivalent olan dollarla məbləğinə çevirə biləcəyini və ya hökumətin bu ödənişləri göstərilən müddətə (istiqrazlar üzrə borcun nizamlanmasına verilən 30 günlük müddət) ödəyə biləcəyini gözləmirik", - agentlikdə bəyan edilib.
İndiki mümkün defolt 1998- ci ilin defoltundan fərqlənir: hazırda Rusiya borcunu maliyyə cəhətdən ödəmək iqtidarındadır, amma bunu texniki səbəblərdən etməyə qadir deyil, bu da Mərkəzi Bankın vəsaitlərinin Qərb tərəfdən dondurulması nəticəsində baş verib.
Ekspertlər qeyd edir ki, ölkə daxilində Rusiya vətəndaşları defolt elan edilməsilə bağlı çətinlikləri yaxın zamanlarda hiss etməyəcək.
Maliyyə bazarı analitikləri daxili öhdəliklər üzrə ödəniş qabiliyyətinin olmamasının etiraf edilməsi ehtimalını görmürlər.
Ölkənin defoltu dövlətin öz borcunu və ya borc üzrə faizləri ödəməkdən imtinası və ya ödəniş qabiliyyətinin olmaması deməkdir.
