"Günah dövlətin pulunu vəzifə səlahiyyətlərindən süi-istifadə edib oğurlayan heyvanlarda yox, onları bu vəzifəyə təyin edənlərdədir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.
Məlumatda həmçinin qeyd edilib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.
Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib. Həmin vaxt nazir hazırda həbsdə olan Səlim Müslümov olub.
Elnur Süleymanovun işsizlərə veriləsi pulları mənimsəyərək belə böyük varidata sahib olduğu ehtimal edilir.
P.S. Hesab edirik ki, günah dövlətin pulunu vəzifə səlahiyyətlərindən süi-istifadə edib oğurlayan heyvanlarda yox, onları bu vəzifəyə təyin edən və məmurun fəaliyyətini nəzarətsiz buraxan heybət imanovlardadır.
