Bakı şəhər prokuroru işdən çıxarılıb.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən Bakı şəhər prokuroru İlqar Abbasov səlahiyyət müddətinin başa çatması ilə bağlı tutduğu vəzifədən azad edilib.
Lent.az Bakı şəhər prokuroru postuna yeni namizədin də adını öyrənə bilib.
Əldə etdiyimiz xəbərə görə, bu posta Baş Prokurorluğun əməkdaşı Elşən Abbasovun gətiriləcəyi gözlənilir.
Lakin bununla bağlı hələlik müvafiq əmr yoxdur.
P.S. Hesab edirik ki, İlqar Abbasovun vəzifədən azad edilməsi qurumda vəziyyətin qənaətbəxş olmaması səbəbindən baş verib. İlqar Abbasov sabiq baş prokuror Zakir Qaralovun kadrı hesab olunurdu. Çoxsaylı şikayətlərin baxılmaması da bu kadr məsləsinə ciddi təsir göstərmişdir.
İfadetv.com
