Əslən Ağdam rayonundan olan və xüsusi təyinatlı qüvvələrin tərkibində 44 günlük Vətən Müharibəsində rəşadətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmış Tağıyev Elşən Misirxan oğlunun Badamdar qəsəbəsindəki qəbristanlıqda yerləşən məzarı il yarım idi ki, baxımsız vəziyyətdə qalmışdı. Məsələnin ciddiliyini nəzərə alan bir neçə Ağdam rayon sakini icra başçısı cənab Vaqif Həsənova şəhid qəbrinin qaydaya salınmasında köməklik göstərməsi xahişilə müraciət etmişlər. Vaqif müəllim göstərişi və şəxsi vəsaiti hesabına şəhidimiz Elşən Tağıyevin məzarı qısa müddətr ərzində qaydaya salınır. Bax bu savab işinə görə indi bir
çox Ağdamlılar Vaqif müəllimə ürəkdən sağ ol deyirlər. Elə biz də son iki ildə Vaqif müəllim haqqında yazdığımız çoxsaylı tənqidlərdən sonra 6 aydır ki, fasilə vermişdik. düşünürdük ki, müəllim bəlkə kursunu dəyişdi. Bəli. gözlədiyimiz kimi də oldu. Son məlumatlara görə V.Həsənov indi əsas diqqətini şəhid və qazi ailələrinin üzləşdiyi problemlərin həll olunmasına, Ağdam rayonu ərazisində aparılan tikinti-quruculuq işlərinin tezliklə başa çatdırılması üçün demək olar ki, gecə-gündüz çalışır.
Hesab edirik ki, hörmətli icra başçısının təkcə bir məsələ üzrə. yəni baxımsız qalmış şəhid məzarının üstünün götürülməsi və abadlaşdırlıması işlərinə köməklik etdiyinə görə məşhur oliqarx Ziya Məmmədovdan fərqli olaraq onun HƏCC ziyarəti qəbul edildi.
İFADETV İNFORMASİYA AGENTLİYİ.
