ATALAR SÖZÜ: "ARXALI KÖPƏK QURDU BASAR DA, VURAR DA"
"Vururam, yaxşı eləyirəm..." Bu sözlər Sabunçu rayonun icra hakimiyyəti başçısının müavini Güloğlan Məmmədova aiddir. O Güloğlan Məmmədov ki, barəsində yerli KİV-də yetərincə informasiyalar yayılıb. İADETV.COM bildirir ki, bütün bunlara rəğmən özünü biznesmen başçı Adil Vəliyevə arxalanaraq cəzasızlıq mühitində hiss edən Güloğlan Məmmədov qanunlardan 5 pillə üstün olduğunu bu dəfə də nümayiş etdirib.
İFADETV.COM bildirir ki, vətndaş Nail Qurbanovun Bilgəhdəki mülkünün qanunsuz sökülməsi ilə bağlı əraziyə gedən jurnalistə qarşı açıq vəhşilik nümayiş etdirən Güloğlan Məmmədov əslində DÖVLƏTİ təmsil etdiyini unutmaqla yanaşı, özünün qeyri-insani keyfiyyətlərini də nümayiş etdirib. Bəs görəsən biznesmen başçı Adil Vəliyevin dövləti təmsil edən qoçu müavinin özbaşnaıqlarından xəbəri varmı? Varsa niyə bu adamın ipini bir az yığışdırmır? Ümidvarıq ki, cənab prezident Sabunçu rayonunda sahbkarlara qaşı məmur qoçuluğuna son qoulması barədə Adil Vəliyeə lazımi göstərişini verəcəkdir.
Daha ətraflı aşağıdakı videoda:
Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq, mövzu ilə bağlı dia.az digər əlaqədar qurumlaarın da münasibətini öyrənməyə çalışacaq...
