Azərbaycan jurnalistləri özlərinin 8-ci qurultayına hazırlaşırlar. Xəbər verildiyi kmi Qurultay 24 sentyabrda keçiriləcək. Artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi də yaradılıb. Qurultay nümayəndələrinin seçilməsi mərhələsinə start verilib. Burada Mətbuat Şurasının və rəhbərliyinin yenilənməsi də nəzərdə tutulur. Qurultayda idarə heyətinin tam yeni tərkibi seçiləcək. Əbəttə, bir ik nəfər istisna olaqla. Əldə tdiyimiz məlumatlara göə Mətuat Şurasının idarə heyəti Əli Həsənvun ör-töküntülərindən təmizlənməs hədəflənir. El ona görə də ilk olaraq MŞ-nin nizamnaməsinə də ciddi dəyişiklik ediləcək. Bu dəyişiklik əsasən sosial media fenomenlərinin Mətbuat Şurasının rəhbərliyində təmsil olunma imkanlarını yaratmağa hesablanıb. Digr hədəf əsasən çap mediasının rəhbərlərindən təşkil olunan MŞ İH yenilənərək, elektron və sosial media təmsilçilərini də öz içərisinə almaq planlaşdırılır. Bu da ictimaiyyət üçün Azərbaycanın informasiya strukturlarının müasir dövrə uyğunlaşdırılması ideyasından doğan gerçəkliyin nəzərə alınması kimi təqdim ediləcək
Qurulayda qərarlar nəticə etibarı ilə jurnalistlər tərəfindən veriləcəyi gözlənilsə də, hər zaman olduğu kimi, (seçkiərdəki kimi) baş verəcəkdir. Bir sözlə, hadisələrin axarı onu göstərir ki, Mətbuat Şurasının yeni sədri kimsənin gözləmədiyi MEDİA - nın rəhbəri Əhməd İsmayılov kimi birisinin "seçilməsi" və vahid mərkəzdən idarə edilməlidir. Necə ki, Əli Həsənov vaxtilə Moskvada təhsil alarkən tanış olduğu Əflatun Amaşovu bu quruma sədr təyin etdirmiş və faktiki olaraq özü idarə etmişdir. Bəli, bu gün Əli Həsənov siyasi arenadan kənarlaşdırılsa da, onu əvəzləyən birisi yenə də bu funksiyanı yerinə yetirəckdir. Sonda əsas məqsəd, ölkədə baramaqa sayılası qədər qalmış və faliyyət göstərən yarım-müstəqil medianın axırına çıxmaqdır. Başqa heçnə. Yaxşı olardı ki, Rəşad Məcid özünü indidən Mətbuat Şurasının sədri vəzifəsində hiss etməsin. Onun heç İdarə Heyətində qalma şansı bel yoxdur.
Yekun nəticə gəlirik - hökumətin də indiki siyasəti ondan ibarətdir ki, təkcə dövlət qurumunun vasitəsilə mətbuata təsir etmək mümkün deyil. Ona görə də Mətbuat Şurasını yeni tərkiblə təzələmək, Əli Həsənovun tör-töküntüsündən təmizləmək, ona yeni hava vermək istəyi var. Əlbəttə ki, bu istək əgər həqiqətən də mətbuatı azca da olsa sağlam, azad görmək istəyi ilə bağlıdırsa, bunu alqışlamağa dəyədi. Amma bütün hallarda Mətbuat Şurası fəaliyyətsiz bir formal qurumdur. Doğrudur, əvvəllər Amaşov dəstəsnin "reket jurnalist" adı altında qara siyahya salmaqla mətbuata real təsir göstərərək korrupsioner məmurları müdafiə edirdisə,( nəticədə bu müddət ərzində Bakıda ən azı 3-4 mənzilə sahibəndi) indiki dövrdə jurnalstləri şantaj etməyə elə bir rıçağı yoxdur. Hər halda, gözləyirik ki, yeni tərkbli Mətbuat Şurası öz sələflərndən fərqli olaraq jurnalstlərin də üzləşdiyi problemlərlə az da olsa heç olmasa ssial sahədə məşğul olacaqlar.
Məmməd ƏHMƏDOĞLU
