İfadetv.com saytı “Manila Bulletin” qəzetinə istinadən məlumat verir ki, Filllipin prezidenti Rodriqo Duterte ölkə vətəndaşlarına müraciət edərək rüşvət tələb edən məmurları ğldürməmək şərtilə ayaqlarından güllələməyə icazə verimişdir. Ki, onlar nəticədə həbs cəzasından azad ola bilsinlər. O demişdir: “Əgər siz vergiləri, yığımları, gömrük rüsumlarını ödəyirsinizsə və bu axmaqlar sizdən rüşvət tələb edirlərsə, onları vurun. Əgər silahınız varsa, siz öldürməməklə onlara atəş aça bilərsiniz ki, sabah araşdırma zamanı bağışlana biləsiniz.”
Duterte demişdir ki, məmuru güllələyən və beləliklə qanunu pozan hər bir şəxsə həbsxana deyil, yalnız bədənə xəsarət yetirməyə görə yüncül cəza verilə bilər.
Prezident çıxışı zamanı bildirmişdir ki,korrupsiya ölkənin ictimai problemidir. “Bu hər bir hökumətin daxilində oturmuş bir qurddur.” Duterte demişdir ki, əgər belə bir hal ona çatarsa, o bu məmuru çağıraraq vətəndaşa onun sifətinə zərbə vurmağı tapşıracaqdır.”
İfadetv.com
