Şamaxı şəhəri, 28 May küçəsi, ev 30 –da yaşayan Qasımova Sevda Abas qızı tərəfindən Azərbaycan Respublikasının Ali orqan rəhbərlərinə v ə bir nüsxəsi də mətbuat orqanlaraına
“Şamaxı rayonun PŞİ- təhqiqatçısı ilə basqınçı-quldur dəstənin başçısı olan Ulduz Müşviq qızının gizli iş birliklərinin qarşısının alınması və cinayətkar dəstənin əməllərinə hüquqi qiymət verilməsi" barədə göndərdiyi şikayət məktubu ictimai və dövlət əhəmiyyətli olduğuna görə dəyərli oxucularımıza olduğu kimi təqdim edirik:
" Çoxhörmətli cənab Prezident İlham Əliyev və Mehriban xanım!
Sizin ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər biz sadə insanlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir.
Bununla yanaşı yazıb Sizlərə bildirirk ki, 5 iyul 2023-cü ildə, təxminən saat 12-30 da keçmiş gəlinim Ulduz Müşfiq qızı günün –günorta çağında qonşuları və camaatın gözü qarşısında evimə hücum edib, evin qapısını və digər ev əşyalarının çoxunu sındırıb, məni , nəvəm İlahəni, qızım Ülviyyəni, gəlinim Ülkəri vəhşicəsinə döyüb xəsarətlər yetirib, nalayiq sözlərlə məni də, ailə üzvlərimizi də söyüb təhqir edib. Dəfələrlə təkrar-təkrar Ulduz Müşfiq qızını nizam-intizama dəvət etdim ki, sakitləşsin. Lakin o bizim təklif və tələblərimizə məhəl qoymadı. Əksinə, daha da qızışaraq üstümüzə hücuma keçdi. Məni dəflərlə təkrar təkrar döyüb xəsarətlər yetirdi. Ailə üzvlərim çalışdı ki, onu sakitləşdirib evdən çıxarsınlar. Amma Ulduz heç kimi eşitmədi və evimin içində ailə üzvlərimə və mənə qarşı xuliqanlıq etdi. Ulduzun mənim başıma vurduğu zərbələrdən özümü itirdim və ayılanda qaytardım. Sonra məni təcili tibbi yardım birqadası xəstəxanaya apardı. Hadisə yerinə çağrılmış polislər də Ulduzu sakitləşdirə bilmədilər. Daha sonra polislər onu birtəhər bizim evdən çıxardılar. Belə hadisə Ulduzun və onun yaxın qohumlarının nə birinci, nə dəki, sonuncu hücumlarıdır. Bundan əvvəl də Ulduzun bibisi Elnarə əv onun qızı Dilbər də vaxt aşırı evimə hücumlar edirdilər.
Bildiririk ki, mən və ailə üzvlərimin həyatı hazırda real təhlükə qarşısındadır. Yazdığımla əlaqədar və qanuna əsaslanıb SİZLƏRDƏN
XAHİŞ EDİRƏM:
- Ulduz Müfiq qızı və onun bibisi Elnarənin və onun qızı Dilbərin evimə və ailə üzvlərimə hücum edib bizə xəsarət yetirmələrinə son qoyulsun.
- Ulduz Müşfiq qızı və onun bibisi Elnarə və qızı Dilbərin mənə və ailə üzvlərimə qarşı törətdikləri qanunazidd əməllərinə hüquqi qiymət verilsin və barələrində ölçü götürülsün.
- Ulduz, bibisi Elnarə və qızı Dilbər, habelə onların digər qohumlarının mənə və ailə üzvlərimizə qarşı törədə biləcəkləri cinayət hadisələrinin qarşısı əvvəlcədən alınsın.
İmza: Qasımova Sevda Abas qızı


