Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus aparılan araşdırmalar çərçivəsində mühüm bir xəbərdarlıq edib.
İfadetv.com xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Qebreyesus, “Xəstəlik X” adlı sirli bir xəstəlik haqqında təəccüblü açıqlamalar verib
O, bu xəstəliyin koronavirus epidemiyasından 20 dəfə daha ölümcül ola biləcəyini bildirib. ÜST rəhbəri həmçinin əlavə edib ki, 5 ildən bir yeni epdemiyaya çevrilə bilən bu xəstəlik, 75 milyondan çox insanın ölümünə səbəb ola bilər.
Qebreyesus dünyanın növbəti epidemiyaya daha effektiv cavab verə bilməsi üçün qlobal razılaşmanın vacib olduğunu bildirib:“Baş verə biləcək bir şeyi qabaqcadan görmək daha yaxşıdır. Çünki bu, tariximizdə dəfələrlə olub və buna hazırlaşmaq lazımdır. Bəzi şeylərlə hazırlıqsız qarşılaşmamalıyıq”.
Xatırladaq ki, ÜST-ün baş direktorunun belə bir xəbərdaerlıq açıqlaması təsadüfi ola bilməz. Və dünya əhalisinin artmasından narahat olan qüvvələrin gələcək planlarından xəbər verir. Yoxsa ki, hardan proqnozlaşdırmaq olardı ki, sonda yeni "X" xəstəliyi 75 milyon insanın həyatına son qoyacaqmış?
İfadetv.com
