Bu gün Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin tamam olması münasibətilə Gəncədə toplantı keçirilib. Bu haqda İfadetv-yə 31 yanvar tarixində məlumat daxil olub.
Böyük öndər, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub. Tədbir Dəmiryolçular parkında, Məhəmməd Əmin Rəsulzadənin büstü qarşısında təşkil olunub. Burada siyasi partiyaların Gəncə şöbələrinin üzvləri, ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Tədbirin əvvəlində büstün önünə tər çiçəklər düzülüb. Daha sonra görkəmli dövlət xadiminin Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən və Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan sosial-siyasi islahatlardan bəhs edilib. Ümid partiyası Gəncə təşkilatının sədri Salman İmanlının sözlərinə görə, Rəsulzadə o dövr üçün siyasi cəhətdən çox çətin bir şəraitdə dövlət qurub.
