ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment prosesinə start verib.
AzFakt.com xəbər verir ki, bu barədə palatanın spikeri Nensi Pelosi məlumat verib.
İmpiçment proseduru federal işçilər, həmçinin prezidenti dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında ittiham edərək mühakimə edilməsini və vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-da bu günə qədər 3 dəfə impiçment proseduru baş tutub.