Ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaymışdı.
Bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildiriblər. Həmin ərazilərə Suraxanı, Xəzər, Ramana və Yasamal daxildir.
Qurumdan isə davamlı olaraq bildirilir ki, şəhər sakinlərinin su təminatı reqlamentə uyğun olaraq tam ödənilir.
Elə isə maraqlıdır, ya susuz qalan insanlar yalan danışır, ya da İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti əhalini heyvan hesab edir.
Əks halda bu biabrıçılğın başqa adı yoxdur.
Xatırladaq ki, bir neçə gündür, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıda suyun verilişində problemlər yaşanır.
Doğrudur, problemin konkret olaraq nədən ibarət olması bizlərə aydın olmasa da, o məlumdur ki, Qəbələdən Bakıya gətirilən 2 paralel su borularının diametri 1.6 metrdir və əgər qəza bir boruda olursa niyə ikinci xətt işləməsin? Yəni hesab etmək olar ki bu ya açıq aşkar milyonlarla Bakı sakininə qarşı 40 dərəcə isti hava şəraitində törədilmiş təxribatdır, ya da səlahiyyətli quldur məmurların işbaz parnik sahiblərilə gizli sövdəkləşmələri nəticəsində xalqa məxsus sudan alver məqsədilə istifadə edərək evlərində saxladıqları haramzada ailələrinə çörək aparmaq məqsədi güdür. Başqa heçnə. Ümid edirik ki, qısa müddət ərzində belə məmurlara qarşı ciddi tədbirlər planı həyata keçəcəkdir.
İfadetv.com
