Böyük Britaniyada Leyboristlər Partiyasından olan deputat Den Norris uşaqlara qarşı cinsi zorakılıq və digər oxşar cinayətlərdə şübhəli bilinərək polis tərəfindən həbs edilib.
Bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
"Den Norris polisin evinə basqın etdikdən sonra nəzarətə götürülüb", - qəzet yazır.
Həbsindən sonra Norris partiyadan uzaqlaşdırılıb.
İşi araşdıran Eyvon və Somerset qraflığı polisindən bildirilib ki, 2024-cü ilin dekabr ayında başqa qraflığın polis idarəsi uşaqlara qarşı cinsi cinayətlərin törədilmısi iddiası ilə bağlı işi onlara yönləndirib: "Bunların əksəriyyətinin 2000-ci illərdə baş verdiyi güman edilir, lakin biz 2020-ci illərə aid zorlama iddialarını da araşdırırıq".
Hazırda istintaqın ilkin mərhələdə olduğu bildirilir.
