ABŞ İranı Rusiyaya ballistik raketlər göndərməkdə ittiham edib.
ABŞ dövlət katibi Antoni Blinken bu gün Londana səfəri və Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşü zamanı Ukrayna və Qəzzadakı müharibə kimi məsələlərə toxunub və İranı Rusiyaya ballistik raketlər göndərməkdə günahlandırıb.
Antoni Blinkenin sözlərinə görə, ABŞ İrana açıq və gizli şəkildə xəbərdarlıq edib ki, Rusiyaya raket göndərmək təhlükəli eskalasiyaya səbəb olacaq.
ABŞ dövlət katibi vurğulayıb ki, Rusiya artıq bu raketləri alıb. İran raketləri Rusiyaya daha çox imkan və çeviklik verir və Ukraynaya qarşı müharibəni qızışdırır.
