Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etmək, Mədəniyyət Nazirliyinə isə bu məsələləri həll etmək tapşırılıb.
