Gömrük Komitəsinin sabiq sədrləri Aydın Əliyev və Səfər Mehtiyevin vəzifədə olduqları dönəmdə milyonlarla manat vəsaiti ölkəmizdən kənara çıxardıqları, bu pullar hesabına xaricdə, xüsusilə də Türkiyədə özlərinə nəhəng biznes qurduqları ölkə mediasının zaman-zaman gündəmə gətirdiyi həqiqətlərdir. Aydın Əliyevin sədrliyi dönəmində Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi işləyən Vüsal Novruzovun da ölkədən “pulçıxarma kampaniyası”nda aktiv iştirak etdiyi heç kimə sirr deyil.
Bugünlərdə sabiq gömrük şefləri və onların xaricdəki biznesi ilə bağlı yeni məlumatlar meydana çıxıb. Məlum olub ki, 30- avqust 2023-cü ildə ləğv edilən, fəaliyyətinə xitam verilən Gilan Holdiq, keçmiş gömrük şefləri tərəfindən yenidən “xorladılıb”. Belə ki, keçmiş gömrükçülər Gilan Holdinqin adını dəyişərək onun yeni adla Türkiyədə fəaliyyətini təmin ediblər.
Aydın Əliyev, Səfər Mehtiyev və Vüsal Novruzov üçlüyü Türkiyənin Antalya şəhərindəki turizm və səhiyyə sektoruna da böyük vəsaitlər ayırıb, böyük mülklər və obyektlər əldə edib. İşin ən qəribə və təəsssüf doğuran məqamlarından biri də bu şəxlərin heç birinin dövlətimizin Qarabağda apardığı abadlıq işinə heç bir dəstək verməməsi, bir qəpik də olsun vəsait ayırmamasıdır. Vaxtiylə dövlətdən çırpışdırdıqları pullar hesabına cah-cəlal sahibi olan bu şəxlsər, bu gün Qarabağımızdakı abadlıq işinə kiçik də olsa töhfə verməyi lazım bilmir, bu gün də öz şəxsi gəlirlərini artırmaq haqqında düşünürlər.
Növbəti yazılarımızda sizi bu üçlüyün digər əməlləri ilə də tanış edəcək, xaricdəki bizneslərinə, eləcə də digər əlaqələrinə aydınlıq gətirəcəyik
Gundemxeber.az