Son günlər Bakı şəhərində və ətraf rayonlarda qanunsuz tikililər durmadan artıb. Nəzərinizə çatdıraq ki, DOSYE.ORG-da daxil olan qanunsuz tikililərlə bağlı tənqidi məqalələr ard-arda yayımlanacaq.
İlk öncə Yasamal rayon Əsəd Əhmədov küçəsində qanunsuz obyektin inşasından məlumat verək. Belə ki, yaşayış binasına bitişik obyektin inşasına icazə verən qurum dövlətin qanunlarını tapdaq altına atmaqla yanaşı, binada yaşayan sakinlərin həyatını da təhlükə altına atmaqdan çəkinmir.
Məsələ ilə bağlı həmən ərazidə müəyyən fotolar əldə etdik. Özünü şəhid ailəsi kimi təqdim edən Rüfət adlı şəxs bizi şantaj etməkdən belə çəkinmədi. Gah mütəşəkkil , gah da məhkəməyə verəcəyini söylən bu şəxs, üstəlik ünvanımıza təhqirlər səsləndirdi.
Burdan FHN rəhbərliyinə, Yasamal RİH başçısına və digər qurumlara müraciət edirik ki, yuxarıda göstərilən ərazidə qanunsuz obyektin inşasını nəzarətə götürsünlər. Əks halda binada yaşayan sakinlərin həyatı təhlükə altına düşəcək.
Araşdırmalarımız davam edir….
DOSYE.ORG