Qırğızıstanın keçmiş baş naziri Sapar Isakov yeni korrupsiya ittihamları ilə Bişkekdə məhkəmə önünə çıxarılıb. O, hazırda 15 illik həbs cəzası çəkir.
Azadliq.org xəbər verir ki, Isakov dekabrın 17-də məhkəmənin hazırlıq iclasında iştirak üçün təcridxanadan 1 May Rayon Məhkəməsinə məcburən aparılıb.
O, məhkəməni “qanunsuz” adlandıraraq iştirakdan imtina etdiyindən hakimMarat Sydykov məcburi gətirilmə əmri çıxarmışdı.
Isakov və daha beş təqsirləndirilən Bişkek Dövlət Tarix Muzeyinin və Çolpon-Ata şəhərində hippodromun təmirinə ayrılmış dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Dekabrın 6-daBişkekdə başqabirməhkəmə Isakovvə digərkeçmişbaşnazirJantoroSatybaldiyeviuyğunolaraq 15 və 7 illikhəbsə məhkumedib. Onlara korrupsiya ittihamları Bişkek İstilik Elektrik Stansiyasının 2013-cü ildə modernləşməsi layihəsi ilə bağlıydı.
Bu korrupsiya işlərində ölkənin bir sıra keçmiş aparıcı məmurlarının adları hallanıb, onların keçmiş prezidentAlmazbek Atambaevlə yaxın olduğu iddia olunub.
Cinayət işləri Atambaev ilə hazırkı prezidentSooronbay Jeenbekovun münasibətlərinin gərginləşdiyi dövrdə açılıb. Keçmiş baş nazir Jeenbekovu Atambaev dəstəkləyib, o, 2017-ci ilin oktyabrında prezident seçilib.
Atambaev isə avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələrinin iki gün davam edən qarşıdurmasından sonra həbs olunub. Ona qətl, korrupsiya və bir sıra digər ittihamlar irəli sürülüb.
