Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilib ki, həmçinin Mirzoyanın Türkiyəyə səfəri çərçivəsində bir neçə ikitərəfli görüşlər də planlaşdırılır.
Forumda Mirzoyanla yanaşı, Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Türkiyə ilə münasibətlərin normallaşması prosesində xüsusi nümayəndəsi Ruben Rubinyan da iştirak edəcək.
Qeyd edək ki, hər il keçirilən Antalya Diplomatiya Forumu bu il aprelin 11-dən 13-nə qədər baş tutacaq. Mirzoyan və Rubinyan ötənilki forumda da iştirak etmişdi.
