Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.
Bu barədə Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı bildirib.
***
Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.
Xilasetmə işləri davam edir. Uçqunun səbəbləri araşdırılır.
