Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq tələblərə cavab verə bilmir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Aralıq dənizinin qəlbində təkcə bir forum deyil, insanlığın ortaq dəyərini müdafiə edən mərkəz tikir:
“Bu il də forumumuz fərqli səsləri və baxış bucaqlarını bir araya gətirir. Tədbir qısa müddətdə beynəlxalq arenada böyük dəyər qazanıb və bu əsas da dünya miqyasında tələblərə cavab verdiyini deyə bilərik. Üç gün ərzində dünyanı narahat edən problemlərə işıq tutmağa çalışacağıq. Burada yeni əməkdaşlıq platformalarını birlikdə müzakirə edəcəyik”.
Türkiyə XİN başçısı vurğulayıb ki, mövcud vəziyyət diplomatiyanın kökündən dəyişdiyi bir məqama gətirib çıxarıb:
“Məlumat çoxluğu beynəlxalq böhranlara da səbəb olub. Bu isə diplomatiyaya yeni baxışı formalaşdırmağı zəruri edib. Silahlanma prosesinin aktivləşməsi yenidən müşahidə edilir. Beynəlxalq sistemə yönələn ən böyük təhdid baş verənlər fonunda qaranlıq gələcək. Çoxqütblülük düzgün idarə olunmalıdır. BMT tələblərə cavab verməlidir”.
