Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vaxtilə polis orqanlarında işləmiş oğlu Vüsal Qaraşov ötən bir neçə il ərzində Rusiyada bizneslə məşğul olub. Jurnalist Cavanşir Həsənli yazır ki, icra hakiminin oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib.
