Danimarka müxtəlif qoşun növlərindən olan hərbçilərini Ukraynaya göndərməyi planlaşdırır.
Bu barədə Danimarka Quru Qoşunlarının komandanı general-mayor Peter Boysen “TV 2”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynaya Danimarka hərbçilərindən ibarət bir neçə komandanın göndərilməsi planlaşdırılır: "Lakin bu, sülhməramlı əməliyyat olmayacaq. Onlar təlim üçün gedəcəklər".
