TEREF yazır ki, "Müştəriyəm, şikayətim var" səhifəsində Arzu Yasharqizi adlı vətəndaş "Sağlam Ailə" Tibb Mərkəzindən şikayəçidir.
Arzu xanımşikayətində yazır:
"Arzu Yasharqizi
VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
Oğlumun sümük yaşını öyrənmək üçün əvvəlcə özəl tibb mərkəzinə müraciət etdik, ödəniş etdik, nəticəyə güvəndik. Rəy belə idi:
"Sümük yaşı 11-12 yaşa uyğundur." (Həqiqi yaşı 12-dir.)
Daha sonra əmin olmaq üçün dövlət xəstəxanasına da apardıq, ICBARI SIĞORTA çərçivəsində ödənişsiz şəkildə yenidən müayinədən keçirdik və cavab tam fərqli oldu:
"Sümük yaşı 10 yaşa uyğundur."
İki fərqli nəticə.
Uşağımın gələcəyi üçün önəmli qərarlarda bu cür yanlışlıqlar böyük problem yarada bilər!
Özəl klinikada pul veririk ki, dəqiq və doğru diaqnoz alaq, təhlükəyə düşmək üçün yox!
Bu paylaşımı edirəm ki, başqa valideynlər aldanmasın. Qərar verərkən diqqətli olun, mütləq bir neçə mənbədən yoxlayın!
İndi hansına inanım?
Sağlam Ailə?
Xətai Tibb Mərkəzinin nəticəsi mənə daha inandırıcı gəldi. Çünki deyilənə görə sağlam ailədə mətni kopyalayib çoxuna eyni şeyi yazıb göndərirlər. Allah insaf versin. "
Şikayətdə qaldırılan iddia ilə bağlı TEREF olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
TEREF