Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.
"Ifadetv.com" xəbər verir ki, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.
***
"Yeni-Müsavat"ın məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.