Xəbər verildiyi kimi, cari ilin fevralın 16-da, saat 17-00- radələrindəŞəki-Qax avtomobil yolunun 17-ci km-də, Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib
İfadetv.com-un araşdırması nəticəsində məlum olmuşdur ki, əvvəlcə Şəki rayonunun Şin kəndi ərazisində, daha dəqiqi, Şin dərəsi adlanan meşəli dağ ərazisindən kəsilmiş və 24 kub m həcmə malik fıstıq ağacları 62 sm uzunluqda doğranaraq yüklənmiş halda Şəmkir rayonuna yola salınmışdır. Lakin Aşağı Göynük istiqamətində hərəkətdə olan “Kamaz” markalı avtomobilin əyləc sistemində yararnan problem nəticəsində onu saxlamaq mümkün olmamışdır. Sürücü avtomobili dayandırmaq üçün çıxış yolunu Aşağı Göynük yoluna çıxarkən Qax istiqamətində yolunu davam etdirmək istəmişdir. Lakin bu zaman sürətin yüksək olması nəticəsində avtomobil aşmış və yol kənarında dayanan insanlara, traktora və digər texnikalara dəyərək ölümlə nəticələnən hadisə törətmişdir.
Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.Digər şəxs Baş Göynük kənd sakini, 1-ci qrup Miçurinin 31 yaşlı oğlu ( 3 uşaq atası) ağır bədən xəsarətləri almışdır. Vəziyyətinin çox ağır olduğu bildirilir. Ölən şəxsin də Baş Göynük kənd sakini olmuş Palkay oğlu Balının qaynı olduğu bidirilir.
“Kamaz” sürücüsünün isə Balakən rayonundan olduğu bildirilir. Şahidlərin verdiyi məlumatlardan məlum olur ki, ağır tonajlı 2 ədəd belə “Kamaz”la son aylarda həftədə 1 dəfə olmaqla “Şin dərəsi” adlanan ərazidən mütəmadi olaraq hər birinə 24 kub m olmaqla yeni kəsilmiş fıstıq ağaclarının 62 sm uzunluqda doğranaraq Şəkir rayonuna daşınması baş vermişdir. Xatırladaq ki, “Şin dərəsi” ərazisində Dövlət Sərhədd Xidmətinin postu yerləşir. Və onların icazəsi olmadan kimsə bu ərazidən çöp belə aparması mümkün olmayan iş hesab olunur. Məntiqlə düşünəndə təbii ki, uzun müddətdir ki, iki ədəd KAMAZ dolu kəsilmiş ağac dolu yük avtomobilləri yerli meşəbəyi və DSX-nin ərazi üzrə post komandirinin gizli sövdələşməsi nəticəsində Şəmkirdən olan imkanlı şəxsin sifarişini həyata keçirərək külli-miqdarda pul qazanmaqla məşğul olmuşlar. Belə olmasaydı, Dövlət Sərhədd Xidməti generalı cənab Elçin Quliyev təkcə Salyan şossesinin Şıxov çimərliyi yaxınlığında yolun sağında və solunda böyük bir ərazilərilərdə dəyəri 10 milyonlarla manata başa gəlmiş “GREEN City” restoranlar , villalar, SPA mərkəzləri, 5 mərtəbəli binalardan ibarət hotellər komplekslərini necə inşa etdirə bilərdi?
Maraqlı burasıdır ki, qəza baş verən zaman hadisə yerinə gələn 824 nömrəli avtomobildəki DYP işçiləri və digərləri toplaşan yerli sakinlərə avtomobilin kuzasından ətrafa dağılmış doğranmış ağac materiallarının fotolarını çəkməyə icazə verməmiş və qısa müddət ərzində 24 kub m ağac materialları təcili olaraq ərazidən götürülərək naməlum istiqamətə aparılmışdır. Yəni, baş vermiş cinayətin səbəbi və detalları, madi sübutları gizlədilmişdir.
P.S. ETSN 07 saylı Ekologiya və Təhlükəsizlik İdarəsinin rəisi Faiq müəllimin də fıstıq meşəsinin kütləvi surətdə qırılıb Şəmkir rayonuna daşınması barədə məlumatının olmaması haqqında növbəti sayımızda geniş məlumat verəcəyik. Adamın saxta diplomla bu boyda vəzifəyə qoyanda gərək nazirliyin Audit və Daxili Nəzarət idarəsinin müdiri və hazırda nazir postunda əyləşmək istəyən Cəlair Səmədovu ilk öncə düşündürməli idi. Doğrudur, ondan əvvəl bu posta Moskvadan nazirin şəxsi təşəbbüsü ilə gətirilərək təyin olunmuş FSB polkovniki cənab Elman Məmmədovu əvəz edən Cəlayır müəllim özü də kadr seçimində təcrübəsizliyə yol verməsi axırda belə nəticələnməli idi. Qaldı ki, dədə malı kimi xidməti işini ağac satmaqla keçirən Dövlət Sərhədd Xidmətinin Şin kəndində yerləşən postun komandiri barədə də gəlın sayımızda 2 ay əvvəl Şin kəndinin qanunsuz silah saxlayan 11 şəxsinin DSX postunu keçərək ayı ovlaması barədə məlumatlar veriləcəkdir.
Bizi izləyin
İfadetv.com-un araşdırma qrupu