“İnsanlar ikra, bahalı ət, balıq məhsulları almırdılar, ay insafsızlar”
“Yenə əhali günahkar oldu? Çoxlu sayda çörək alan insanların şəklini çəkib onları ələ salanların nəzərinə! İnsanlar ikra, bahalı ət, balıq məhsulları almırdılar, ay insafsızlar. Çörək alırdılar, çörək”. Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı öz feysbuk səhifəsində deyib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, o insanlar çörəyi çox alır ki, yavanlığı güclü yeməklər olmur: “Ailə yalnız arvad uşağınızdan ibarət olmur, deyəsən valideynləriniz, yaxın qohumlar – bacı, qardaş və s. yaddan çıxıb. Elə ailə var ki, günə 2-3 çörək alır. Çörəyin çəkisinə də arada nəzər salın. 3 günə 6-9 çörək almaq çox deyil. Bəziləriniz evdəqal siyasətindən sonra özünü necə arıqlatmaq haqda həyəcanlandı, eləsi də olub ki, doyunca yeməməkdən əziyyət çəkdi. Kasıb təbəqəyə kömək edə bilmirsənsə sus!”
![](/uploads/posts/2020-06/1591434003_yoxsul-u.aq.jpg)