Dünyadakı milyonçuların sayı 20 il əvvəllə müqayisədə üç dəfə artıb.
Teleqraf.com xəbər verir ki, məlumat Boston Konsaltinq Qrupunun (BCG) hesabatında yer alıb.
Məlumata görə, milyonçuların şəxsi maliyyə sərvətləri də 3 dəfə artaraq 226 milyard dollara çatıb.
Qlobal Sərvət Hesabatının 2019-cu ilin sonuna olan məlumatına görə, dünyada təxminən 24 milyon insan 1 milyon dollardan çox şəxsi sərvətə sahibdir. Hesabatda bu rəqəmin 1999-cu ildə təxminən 8 milyon 900 min nəfər olduğu bildirilib.
Məruzədə son 20 ildə şəxsi maliyyə sərvətinin üç dəfə artaraq, 2019-cu ilin sonuna qədər 226.4 milyard dollara çatdığı qeyd edilib.
Hesabatda nağd pul, əmanətlər, istiqrazlar, səhmlər, qarşılıqlı fondlar, həyat sığortası, pensiya və digər aktivlər də daxil olmaqla şəxsi aktivlər nəzərdən keçirilib.
2019-ci ildə milyonçuların ümumi qlobal sərvətinin 50 %-nə nəzarət etdiyi qeyd olunub. Son 20 ildə dünyanın bütün bölgələrində milyonerlərin sayı artıb. Hesabat müəlliflərindən olan Anna Zakrzevski 2019-cu ildə olduğu kimi, son 20 ildə də bölgələrdə oxşar böyümə görmədiklərini deyib.
Çində 100 milyon dollardan çox şəxsi sərvətə sahib insanların sayı 1999-cu illə müqayisədə 2019-cu ildə 29 dəfə artıb.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya, 2019-cu ildə cəmi aktivlərinə görə dünya miqyasında beşinci, milyonerlərin sayına görə isə yeddinci yerdə olub. 100 milyon dollardan çox şəxsi sərvətə sahib olanların sayına görə Almaniya 2 400 nəfərlə üçüncü yeri tutub. Hesabatda son 20 ildə Almaniyada milyonerlərin sayının iki dəfə artdığı ortaya çıxıb.
“BCG” məsləhətçiləri koronavirusu epidemiyası səbəbindən milyonçuların aktivlərində daralma olacağını proqnozlaşdırır. Ən optimist ssenaridə 2024-cü ilə qədər aktivlərdə illik ortalama artım 1.4 ilə 4.5 faiz arasında qiymətləndirilir.
P.S. Təxmini hesablamalarımıza görə Bakı şəhərində qeyri-rəsmi milyonçularımızbu Milyonçuların sayı üç dəfə artıbın da sayı son 20 ildə artaraq ən azı 450 nəfər təşkil etmişdir.Amma çox yazıqlar olsun ki, Vətənimizin milyonçularının əksəriyyəti oğurluqla, dövlət əmlakını talamqla, quldurluqla bu varidatlara şərəfsizcəsinə sahib olanlardır.