90-cı illərdə Sovetlər Birliyinin süqütu bərabərində özbaşınalıq ,xaos, hərcimərciliyi də özüylə gətirdi.Rusiya bazarlarında ticarətlə məşgul olan həmyerlilərim izin deyimi ilə desək “Reket”dəstələri hər bir satıcıdan məcburi aylıq ödən iş tələb edirdi.Sanki duyur kimiyəmki,bunun mətləbə nə dəxli var?deyir kimisiniz.Elə isə keçək mətləbə ki,sözümüzün mustafasını biləsiniz.İfadətv İnformasiya Agentliyinin Redaksiyasına daxil olan müraciətdə Bakı Texniki Hümanitar Litseyinin müəlliməsi(adının çəkilməsini istəm ədi)işlədiyi Təhsil ocagının rəhbəri səidə Zeynalovanın təhsildən baqa agılagəlməyən “məharətərindən bəhs edib .Müəllimə bəhs etdiyimiz Texniki Humanitar Litseyində sıravi müəllimə işləyir.Aldıgı məvacib isə ona verilən dərs saatlarının sayı ilə ölçülür.Yüksək dərs saatları almaq üçünsə Səidə Zeynalovan ın sag cibinə sol əllə uzanmaq gərəkdir.Çox təssüf ki, təhsil müəssəsində təhsildən kənar davranışlar sərgiləyən xanım direktor üçün tabeliyində olan müəllimlər və müəllimələr gənc nəslin tərbiyəçisi deyil,özünün canlı gəlir mənbələridir.Onsuzda çox az olan əmək haqqı ilə işləyən müəllim heyyətinin üzərinə üstəlik aylıq məcburi “vergi” cəzası tətbiq etmək yuxarıda bəhs etdiyimiz 90-cı illərin “Reket”xofunu xatırladır.Şikayyətçimizin sadaladıqları bunlarda bitsəydi yenə “Allah qurtardı “ deyərdik. Səidə Zeynalova direktorlugunun sərhədsiz oldugu xülyasına dalaraq litseyə işçilər qəbul edirki,o işçilərsə illərlə iş yerində görünmür.Əvəzində dövlət büdcəsindən aylıq əmək haqqı alırlar.Əcaba Səidə Zeynalovanın belə b ir addım atmasına səbəb nədir?”Humanist duygularımın “şahə qalxan ,tügyan ya hüdudsuz nəfsin fərmanı”?Müəllimənin ərizəsində qeyd olunur ki,direktor xanım qəzet pulu adı ilə ,forma pulu adı ilə müəllim –tələbə heyyətinə divan tutur.Dövlət tərəfindən müəssisənin təsərüfat xəcləri üçün ayrılan vəsaiti şəxsi əmlakı olaraq mənimsəyir.Direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə edən səsyazmaları və pul qəbzlərini sübüt olaraq redaksiyamıza təqdim etdi.Bizə öz növbəmizdə faktlara baxıb dərin-dərin düşünüb ,nəhayət bbaşında dayananelə qaənaətə gəldik ki, Texniki Humanitar Litseyin başında dayanan belə bir “Ziyalı”rəhbər varsa,o təhsil ocagının yetişdirmələri bəşəriyyətə “sonsuz nur”yayacaqlar.Axı müəllim şagirdin güzgüsüdür.
İfadetv