Ölkənin siyasi-ideoloji mərkəzi və “buxaltr” Alışanov
Torpaq kralı, yoxsa televiziya sədri ?
Arif Alışanovun TƏKCƏ sürücüsünün adına 42 hektar torpaq alınıb
2006-2019-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik edən Arif Alışanov haqqında mediada gedən məlumatları oxuyanda sözün həqiqi mənasında adam dəhşətə gəlir. Mediada bu yazılara rast gəlinir-
100 milyonluq maxinasiyalar, ölüm sifraişi və daha nələr....
Bu adam kimdir: Qanqster, yoxsa televiziya rəhbəri ?
Əsas mövzuya keçməzdən öncə görək bu Arif Alışanov kimdir, nəçidir, təhsili-filanı nədir ?
Deməli, Arif Alışanov 1960-cı ildə anadan olub, “Narxoz”u bitirib, mühasibdir.
Lap yaxşı. Adamdan soruşarlar ki, mühasib-buxqalter hara, AzTv hara ?
Nəyisə buxqalteri qoyublar ölkənin siyasi-ideoloji mərkəzinə rəhbər.
Deməli, Alışanov AzTv sədri olduğu dönəmdə təkcə Şamaxı rayonunda 355 hektar torpaq sahəsi alıb.
Təsəvvür edirsiniz, təkcə Şamaxıda 355 hektar torpaq sahəsi.
Bu adam Qubada, Qusarda, İsmayıllıda nə qədər torpağa sahibdir ?
Alışanov nə qədər imkansız ailələri aldadaraq torpaqlarını ucuz qiymətə əlindən alıb.
Arif Alışanov 2014-cü ildə Kürdəmir rayonunun Karrar kəndindən 29 hektar torpaq sahəsi alıb.
Görəsən bu adam televiziya sədridir, yoxsa torpaq kralıdır ?
Təsəvvür edirsiniz, son 10 ildə AzTV-yə 100 milyonlarla dövlət vəsaiti ayrılıb.
Alışanovdan soruşan lazımdır ki, milyonlar hara gedib?
Rayonlarda torpaq almağa ?
Əlbəttə, bu vəsaitləri rahatca rahatca həzm-rabedən keçirmək Arif Alışanov üçün çox rahat olub.
Məlumat üçün qeyd edək ki, Alışanov adı daim qalmaqallarda hallanıb. Onun biznes fəaliyyəti barədə mətbuatda dəfələrlə geniş araşdırmalar dərc olunub. Xüsusən, AzTV-də tenderlərin necə keçirilməsi, dövlət satınalmalarında yol verilən külli miqdarda maxinasiyalar barədə detallı məlumatlar yazılıb.
Təsəvvür edirsiniz, Aslışanov təqaüdçü qocaların torpaq payını tutub əllərindən alıb.
AzTV-nin keçmiş sədri ən çox Şamaxının 2 kəndindən - Qızmeydan və Nağaraxanadan torpaq sahələri alıb: “Qızmeydan kəndindən ümumilikdə 101, Nağaraxanadan isə alınan 198 hektar torpağın hamısı kənd təsərrüfatı təyinatlıdır.Torpaq sahələri Hacı Babayev - Alışanovun sürücüsü, Arzu Muradova - bacısı, Nilufər Cəfərova - bacısı qızı, Mehriban Alışanova - keçmiş həyat yoldaşı, Dəyanət Cəfərov - bacısı oğlu, Camal Nəbiyev AzTV-nin təsərrüfat şöbəsinə rəhbərlik etmiş şəxs, Fərid Aşurbəyov- keçmiş kürəkəni, Nigar Alışanov - qızı, Aynur Alışanov - qızı və Habil Alışanov - qardaşının adlarına sənədləşdirilib. Notarial sənədlərə görə, rayonda 42.08 ha torpaq sahəsi təkcə keçmiş AzTV sədrinin sürücüsünün adınadır.
Təəsvvür edirsiniz sürücünün adına 42 hektar torpaq sahəsi....
Şamaxıda ən bahalı ərazilərin qiymətlərini hesablasaq Alışanovlar təkcə bir rayonda 30 MİLYON DƏYƏRİNDƏ torpaq sahəsi alıblar.
Alışanov qazandığı milyonların hesabına kral həyatı yaşayır, arvadın birini boşayıb o birini alır, “Don Juan”lıq edir.
Sözün qısası, Alışanovun yaxasından tutub soruşan lazımdır ki, milyonlarla dollarlıq əmlakı, yüz hektarlarla torpaqları hansı vəsaitlə almısan ?
Soruşan varmı ?
Bax əsas məsələ budur.