Rusiyanın Ukraynaya qarşı “Böyük Stalinqrad əməliyyatı”na başlayacağı iddia edilir. Belə ki, Ukraynanın müttəfiqlərinin Almaniyadakı "Ramşteyn" aviabazasında yeni silah yardımı məsələsini müzakirə etdikdən sonra Rusiyanın fevralın 24-də müharibənin ildönümünü gözləmədən hücuma başlayacağı qeyd edilib. Rusiya lideri Vladimir Putinin məqsədinin Qərbdən Ukraynaya silah yardımı vasitələrini tamamilə kəsməklə Kiyev administrasiyasını daxildən boğmaq olduğu bildiriifadetv.com AzVision.az-a istinadla xəbər verir ki, Rusiyanın yenidən Ukraynaya tam gücü ilə hücum etməyə hazırlaşdığı iddiasını Putinin keçmiş müşavirlərindən Andrey İlarionov irəli sürüb.
O bildirib ki, Ukraynadakı müharibənin önümüzdəki günlərdə çox daha ciddi ölçü alacaq: “Birinci ilini başa vurmaq üzrə olan Ukrayna müharibəsi on minlərlə insanın itkisinə baxmayaraq, indiyədək regional münaqişə olub. Tezliklə bu, dəyişəcək və Putin yenidən Ukraynaya qarşı bütövlükdə müharibəyə gedəcək. Rusiya iqtisadiyyatının uzun illər davam edən müharibəyə tab gətirə bilməyəcəyini bilən Putin Donbasla məhdudlaşmayacaq, Ukraynaya birbaşa Qərb sərhədlərindən zərbə endirməklə ABŞ və digər ölkələrindən hərbi yüklərin daşınmasını dayandırmağı hədəfləyəcək".
Keçmiş müşavir qeyd edib ki, Putin sentyabr ayından şəxsən böyük müharibə planı üzərində işləməyə başlayıb. İlarionov əlavə edib ki, Rusiya lideri bütün Ukraynanın necə nəzarət altına alınacağını planlaşdırır: "Rusiyanın 2021-ci ildə istənilən vaxt Ukraynaya hücum edə biləcəyini deyən Amerika kəşfiyyatı indi susmağa üstünlük verir. Putinin böyük müharibə planlaşdırdığını görməmək mümkün deyil. Yalnız bir variant qalır. Qərb Rusiya tərəfindən hücum və ikinci dağıdıcı əks zərbə planlaşdıra bilər”.
"Putinin hədəfi Kiyev, Donbas, Xarkov və ya Zaporojye bölgələri deyil", - Putinin keçmiş müşaviri bildirib. Onun əsas məqsədi Ukraynaya xaricdən silah daşınmasını dayandırmaq və ölkəni Qərblə tamamilə kəsməkdir.
"Bunun üçün bu yaxınlarda Baş Qərargah rəisi Valeri Gerasimovu böyük əməliyyatın başına gətirdi. Stalinqrad əməliyyatı üç cəbhəyə bölündü. General Oleq Sulyukov birinci qərb cəbhəsinin komandanlığına təyin edildi. Belarus ərazisindən Ukraynaya daxil olacaq Sulyukovun komandanlığı altındakı rus qoşunları Lvov şəhərinə doğru hərəkət edəcək. Bu bölgə xarici silahların daşınması üçün əsas marşrutdur. İkinci cəbhə Qara dəniz regionu və Krımdan açılacaq ki, onun da komandanlığı general Aleskey Kimə verildi".
Yeni il bayramından sonra onlarla desant gəmisi Rusiyanın Novorosisk limanını tərk edərək açıq dənizdə gözləyir. Burada məqsəd Rumıniya, Moldova, Ukrayna üçbucağını dağıtmaqdır. Hətta Moldovanı işğal etməklə qərb istiqamətində keçmiş sovet sərhədlərinə qədər çıxmaqdır.
Üçüncü Donbas cəbhəsi (Hələb qəssabı kimi tanınır - red) general Sergey Surovikinə verilib. Ona verilən tapşırıq Donbasın müdafiəsini tam yarıb Zaporojye və Xarkov istiqamətində irəliləməkdir. Putinin 2022-ci ildə böyük müharibəyə başlamaq üçün saxladığı 200 min əsgərin əvəzinə indi 600-700 min əsgəri var. “Əgər bu qüvvələr Gerasimovun koordinasiyası ilə işləsələr, Vladimir Putin Kiyevin mərkəzini xarici aləmlə kəsmək planlarına tezliklə nail ola bilər", İlarionov vurğulayıb.
Qeyd edək ki, Rusiya ötən ilin fevralın 24-dən Ukrayna ərazisində müharibəyə başlayıb.