Tədbirin əsas məqsədi Ramazan ayının müqəddəs ənənələrini yaşadaraq, oruc tutan insanlara xidmət etmək olub. Müsəlman aləmində ayların sultanı olan Ramazan ayı mübarək və müqəddəs dini bir aydır. Bu aya Azərbaycanda da böyük maraq var. İnsanlar bir ay boyunca oruc tutur, bir birlərini ziyarət edir, Ramazan ayının müqəddəs adətlərini icra edərək yaşadırlar. Bu ayın əsas özəlliyi qonşuların, dostların və qohumların ziyarət süfrələrinə toplaşması, bir birlərini yad etmələridir.
“Qayğıya ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi Ramazan ayının müqəddəs adətlərinə sadiq qalaraq təşəbbüs irəli sürüb. Birliyin üzvləri olan şəhid ailələrini, Vətən müharibəsinin iştirakçılarını, aztəminatlı ailələri və Birliyin fəal tərəfdaşlarını bir araya toplayaraq iftar süfrəsi təşkil edib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə Millət Vəkili Razi Nurullayev, Professor Rəşid Mahmudov, “Hizar turizm” şirkətinin rəhbəri Elsevər Orucov, "Ədalət yolu" qəzetinin baş redaktoru Lalə Həşimova, “Esmanur” Tədris Mərkəzinin direktoru İlahə Xudu qızı, QHT rəhbərləri, ictimai xadimlər, ictimai fəallar, şəhid ailələri, qazilər, din xadimləri, musiqiçilər və media nümayəndələri iştirak ediblər.
Razi Nurullayev, Rəşid Mahmudov, Rəşad Mahmudov, Lalə Həşimova, Elsevər Orucov və digər tədbir iştirakçıları çıxış edərək tədbirin tədqirə layiq olduğunu vurğulayaraq Ramazan ayının müqəddəs dini məqamlarından danışıblar.
Birlik sədri Yasəmən Qəyyumlu hər kəsə təşəkkürünü bildirib və Ramazan ayının əsas özəlliklərindən danışıb. Ramazan ayındada lütf, mərhəmət qapıları açıq olur. Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər. Birlik sədri dua edərək, Ölkə başçısı cənab Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya və Azərbaycanın keşiyində ayıq-sayıq dayanan əsgərlərə və Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığının bir qismini itirən qazilərə can sağlığı, xoşbəxt gələcək arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyib.
Tədbirin sonunda təşkilat adından Tibb üzrə Fəlsəfə doktoru Şövkət Sadıqova, “Hizar turizm” şirkətinin rəhbəri Elsevər Orucov, Zəhra Məmmədova, Esmira İbadova, Sahilə Abbasova, Nüşabə Novruzova, Samirə Popova Fəxri Diplomla təltif olunub.
Tədbirin təşkilində göstərdiyi dəstəyə görə “Şuşa” restoranının rəhbəri Elşad Sadıqova, "Qranit QR" MMC nin direktoru Rübabə Muradovaya, Birliyin Amerikanın Nyu-York ştatı üzrə nümayəndəlik sədri Pərvanə Qarakəlləyə, xeyriyyəçi Zamir bəyə, Sahilə xanıma, Esmira xanıma və Zəhra xanıma təşkilat adından xüsusi təşəkkür edirik .
Fərid Səfərov
Birliyin mətbuat katibi