Artıq bir il dörd aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb. Ukrayna ordusunun uzun müddətdir gözlənilən əks-hücum əməliyyatına start verilib. Son məlumatlara görə, ukraynalılar bir neçə kiçik yaşayış məntəqəsini işğaldan azad edib, cəbhənin bəzi istiqamətlərində irəliləyiblər. Belə hesab edilir ki, bunlar hələ kəşfiyyat xarakterli döyüşlərdir və buradakı əsas məqsəd düşmənin potensialını, müdafiə taktikasını öyrənmək və onun istehkam mövqelərini dəqiq müəyyənləşdirməkdir.
Bir çox tanınmış hərbi ekspertin fikrincə, Ukraynanın rus ordusu üzərində əzici qələbə çalması üçün çoxfunksiyalı müasir Qərb qırıcılarına böyük ehtiyac var. Qərb dövlətləri Ukrayna üçün yaratdıqları “təyyarə koalisiyası” çərçivəsində ukraynalı pilotlara təlim keçəcəklərini bəyan ediblər. Bu da yaxın gələcəkdə Ukrayna ordusunun müvafiq təyyarələrlə təchiz ediləcəyi anlamına gəlir.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” internet portalı “Səkkiz ölkə və beş təyyarə markası: Ukrayna üçün “aviasiya koalisiyası”na kimlər daxildir və onlar nə təklif edirlər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqələni təqdim edirik:
”2023-cü ilin 15 may tarixində Böyük Britaniyaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün “aviasiya koalisiyası”nın yaradıldığını elan etmişdi. Böyük Britaniyanın Baş naziri Rişi Sunak dərhal bildirmişdi ki, onun ölkəsi həmin koalisiyanın əsas üzvü olmağa hazırlaşır. Bundan bir gün sonra, mayın 16-da Niderlandın Baş naziri Mark Rutte də bu koalisiyaya qoşulmaq istədiklərini bəyan etmişdi və beləliklə, sözügedən koalisiya az-çox aydın əlamətlər hiss etdirməyə başlamışdı.
Britaniya və Nideralnd liderləri bəyan ediblər ki, Ukraynanın hava döyüş potensialının tam təmin edilməsi üçün pilotların təlimindən tutumuş, ”F-16” qırıcılarının alınmasına qədər bütün sferalarda hərtərəfli dəstək göstərəcəklər.
Ukraynaya silah göndərilməsində “Leopard-2” tanklarının “tank koalisiyası”nın təməlini təşkil etdiyi kimi, məhz ABŞ istehsalı olan “F-16 Fighting Falcon” təyyarəsi də “təyyarə koalisyasının” təməl daşına çevriləcək. Böyük Britaniya və Niderlandın bəyanatından bir müddət sonra, Danimarka və Portuqaliya“F-16” qırıcılarında ukraynalı pilotlara təlim keçəcəklərini bildirsələr də, hələ ki, Ukraynaya bu təyyarədən verəcəkləri barədə bir söz deməyiblər.
“F-16”-nı istehsal edən ölkənin Prezidenti olaraq Co Bayden deyib ki, müttəfiqlərin Ukrayananı müasir qırıcılarla, o cümlədən də “F-16”- larla təchiz etməsinə icazə verir(Silah istehsal edən ölkə həmin silahın üçüncü ölkəyə ixracına icazə vermədən satış həyata keçirilə bilməz).
Deməli, artıq Ukraynanın “F-16” alması siyasi müstəvidən prosedur müstəvisinə keçib. Gözlənildiyi kimi, Co Baydenin bu sözlərindən sonra Ukraynanın Qərb tərəfdaşları fəallaşıblar. Belə ki, hələ yanvar ayında Qərb qırıcı təyyarələrinin Ukrayna üçün hər hansı bir aktuallıq daşımadığını deyən Almaniya kansleri Olaf Şoltz, artıq may ayında ukraynalı pilotların Almaniyada təlim görməsini istisna etməmişdi.
İyunun əvvəlidə isə Almaniya Müdafiə naziri Boris Pistorius bəyan edib ki, onun ölkəsinin hökuməti “yenidən düşünmə fazasındadır” və Ukraynaya müasir Qərb qırıcılarının verilməsi ilə razılaşa bilərlərlər. Amma Almaniyanın silah arsenalında“F-16” qırıcıları yoxdur, ona görə də burada söhbət yalnız digər təyyarələrdən gedə bilər.
Açıq mənbələrdən məlumdur ki, Bundesverin hava qüvvələrinin döyüş cərgəsində( Almaniyanın Britaniya və İtaliya ilə bigə istehsal edilən) 93 ədəd çoxfunksiyalı “Tornado” döyüş təyyarəsi var. Onlar tezliklə istismardan çıxarılacaq və ABŞ-ın yeni “F-35” təyyarələri ilə əvəz olunacaqlar. Əslində, hələ yanavrın 15-də Ukrayna Xarici İşlər Nazirliyi bu təyyarələrin Ukraynaya verilməsi təklifi ilə Almaniya hökumətinə müraciət etmişdi.
“Tornado” çoxfunksiyalı döyüş təyyarəsi “F-16”-nın “həmyaşıdı” sayılsa da, üçüncü nəsil qırıcılara aid edilir (“F-16” dördüncü nəsildir). Eyni zamanda, hesab olunur ki, o, Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin döyüş cərgəsində yer alan SSRİ istehsalı olan üçüncü nəsil “MiQ-29” qırıcılarından daha yaxşıdır. Ancaq Almaniyada nəsə daha maraqlı bir şey də var və bu, dördüncü nəsil çoxməqsədli müasir“Typhoon”(Tayfun) təyyarəsidir.
Açıq mənbələrdən məlumdur ki, saxlama anbarlarında “Typhoon” təyyarələri var və almanlar onları satmağa hazırlaşırlar. Almaniya HHQ-də 140 ədəd “Tyhoon” qırıcısının olması məlumdur. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Berlin 35 ədəd “F-35” təyyarəsi almağı planlaşdırır.
May ayının 30-da Ukrayna Müdafiə naziri Oleksey Reznikov Almaniyanın “aviasiya koalisyiası”nın bir hissəi ola biləcəyini və Ukrayna Silahlı Qüvvələrinin Britaniya, Almaniya, İtaliya və İspniyanın birgə istehsalı olan ”Typhoon” qırıcı təyyarələri ilə təchiz ediləcəyini demişdi. Almaniya tərəfi bununla əlaqədar hələlik konkret cavab söyləməyib. Lakin iyunun 6-da onların gözləmədiyi yerdən çox maraqlı bir məlumat gəldi.
Avstraliyanın ”Financial Review” qəzeti öz etibarlı mənbələrinə istinadla yazır ki, rəsmi Kanberra Ukraynaya ABŞ istehsalı olan 41 ədəd “F/A-18 Hornet” qırıcısı verilməsinə dair Vaşinqton və Kiyevlə danışıqlar aparır. Avstraliya ordusu bu təyyarələri döyüş cərgəsindən çıxarıb və onları saxlma anbarlarına yerləşdirib.
”Financial Review” qəzeti yazır ki, əgər danışıqlar uğurla başa çatarsa, bu təyyarələr dörd ay ərzində tam döyüş hazırlığı vəziyyətinə gətirilə bilər. Hələlik Kiyev, Kanberra və Vaşinqton bu barədə rəsmi olaraq heç bir şərh verməyiblər, amma bildiyimiz kimi, “od olmasa, tüstü çıxmaz”.
Bizi “aviasiya koalisiyası” kontekstində maraqlandıran digər bir ölkə İsveçdir. Bildiyimiz kimi, İsveç çoxfunksiyalı “JAS 39 Gripen” qırıcıları istehsal edir və onun Ukraynaya bu təyyarələrdən satması və ya verməsi üçün üçüncü tərəfin mövqeyinə ehtiyac yoxdur.
İsveç buna birbaşa özü qərar verə bilər. Bu barədə söhbət çoxdan getsə də, son vaxtlara kimi konkretlilik olmayıb. İsveçin Müdafiə naziri Pol Consonun mayın 25-də verdiyi son bəyanat belə səslənir: ”İsveç Ukrayna pilotlarına “JAS 39 Gripen” təyyarələrində təlim keçməyə icazə verəcək”.
İsveçin bu bəyanatının izahına gəlincə, ekspertlərin bir hissəsi hesab edir ki, bu, Ukraynanın İsveç təyyarələri alması yolunda ilk addımıdır. Digər ekspertlər isə İsveç təyyarələrinin bu gün Ukraynadakı müharibədə istifadə ediləcəyi ehtimalının az olduğunu düşünürlər.
Beləliklə, Ukrayna üçün yaradılan “aviasiya koalisiyası”na bu və ya digər statusda beş marka - ”F-16”, ”F/A-18”, ”Typhoon”, ”Tornado” və “JAS 39 Gripen” təyyarələrinin daxil olması ilə bağlı səkkiz ölkə ilə(ABŞ, Böyük Britaniya, Niderland, Danimarka, Portuqaliya, Almaniya, Avstraliya və İsveç) danışıqlar aparılır. Ümumi yekunda bu danışıqların hansının reallaşacağını isə zaman göstərəcək”.
V. Nəsibov
“AzPolitika.info”