30 il ərzində işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı 3000-ə yaxın qəhrəman şəhidin, minlərlə qazinin canı-qanı bahasına düşmən tapdağından azad edildi. Amma, Azərbaycanın bu tarixi qələbəsini həzm edə bilməyən dünyanın bir çox güc mərkəzləri Ermənistanı manipulyasiya etməyə çalışır.
Teref.az yazır ki, saytımıza Lerik rayonundan göndərilən məqalədə belə yazılıb. Daha sonra müəllif yazır:
İşğalçı rejim isə zaman-zaman eyforiyaya düşərək müxtəlif təxribatlara əl atmağa çalışır. Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatındakı öhtəliklərini yerinə yetirməyərək davamlı şəkildə silahlı birləşmələrini Azərbaycan Ordusunun mövqelərinə qarşı əməliyyat təxribat proseslərində iştirakını stimullaşdırır. Son günlər baş verən hadisələr isə onu deməyə əsas verir ki, Ermənistan ordusu bütün istiqamətlərdə mövqelərini gücləndirməyə çalışır...
Belə bir həssas məqamda, Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində Lerikin icra başçısının özünə "dezertir"-i, heç vaxt əsgər forması geyməmiş, fiziki cəhətdən tam sağlam olmasına baxmayaraq hərbi xidmətə yararsız kimi 1 illik xidmətdən belə qaçırmış şəxsi birinci müavin təyin etmək istəyinə hiddətlənməmək, təəssüf hissi keçirtməmək mümkün deyildir.
Bunları yazan müəllif daha sonra sual edir:
Sual olunur: Zamiq Əhədov hərbi xidmətə yararsızdırsa dövlətə necə yararlı ola bilər? O, hansı əvəzsiz xidmətinin qarşılığı olaraq bu məqama layiq görülür? Ən əsası bir əskərlik və savaşdan "yararsız" olan adam ölkənin ən çox şəhid verən rayonlarından olan Lerikə 2-ci şəxs kimi təyin etməsi şəhidlərimizin ruhuna, qazilərimizə hörmətsizlik deyilmi?
Görünür London təhsilli Əkbər Abbasov indiyə kimi vətənpərvərlik dərslərini yetərincə mənimsəməyib. İndi rayonun sayılıb-seçilən şəxslərini daim özünə rəqib bilib onları şantaj etməklə, ləkələməklə sıradan çıxarmağı bacarmış şəxsi özünə arxa etməyə çalışır. Burda deyiblər də: “Ay oğul, yaltaqdan, yalançıdan adama məyər dayaq olar? İgidin dayağı dağ olsun gərək.”
Teref.az olaraq məqalədər qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az