SOVETLƏR DÖVRÜNDƏ İSƏ GENERAL OLMAQ ÜÇÜN 36 İL XİDMƏT ETMƏK TƏLƏB OLUNURDU
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Gununsesi.info xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 1987-ci il təvəllüdü Fərid Əliyev bu ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.
P.S. Bəli bu həmin Əlibala idi ki, uzun müddət Sabunçu rayonuna rəhbərliyi dövründə Bakı-Aeroport yolunun sol tərəfindəki Eldar şamı və zeytunluq ərazilərin ağaclarını məhv etdirib hər sotunu 15000 manata 2004-2010-cü illərdə maklerlər vasitəsilə fərdi evlər tikilməsi üçün qanunsuz satmışdır.